“Qarabağ”ın liderlərindən biri Abdullah Zubir komandanı tərk edə bilər.
Ulusal.az xəbər verir ki, o, iki klubun diqqət mərkəzindədir. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Bildirlir ki, adı hələ məlum olmayan Fransa Liqa1 təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Eyni zamanda, Səudiyyə Ərəbistanın bir klubu da Zubiri hədəfə alıb. Söhbət “Əl-Riyad”dan gedir.
Qeyd edək ki, Abdulla Zubir 2018-ci ildə “Lans”dan “Qarabağ”a transfer olunub. Onun “köhlən atlar”la müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.