image-2000x150
image-f53802a4887a1e0e53dc0ce55ab1266d_0backend

Zəlzələdən sonra Avropanı qorxuya salan məsələ: Gəlin Türkiyə ilə müqavilə bağlayaq və…1

image-728x90

Belçikanın Baş naziri Aleksandr De Kroo, Türkiyə və Suriyada baş verən zəlzələnin yeni bir miqrant dalğası yaradacağından narahat olduğunu bildirib və zərərçəkənlərin Türkiyədə yerləşdirilməli olduğunu bildirib.

Belçikanın Baş naziri Alexander De Kroo, iştirak etdiyi televiziya proqramında, “Aramızdakı prosesin pozulmasının qarşısını almaq üçün bu mövzuda Türkiyə ilə anlaşma əldə etməliyik” deyib.

Belçikanın zəlzələdən zərərçəkənlər üçün təmin etdiyi viza asanlığına toxunan De Kroo xatırladıb ki, bura evləri olmadığı üçün geri dönə bilməyənlər və ya yaxınlarının Belçikada yaşamaq hüququ olanlar daxildir.

Belçikanın baş naziri bu mövzuda Aİ Komissiyası ilə danışdığını açıqlayaraq, zəlzələdən zərərçəkənlərin artıq o bölgədə qalmasını istədiklərini söyləyib.

De Kroo, Ukraynadakı müharibə və zəlzələ fəlakəti ilə Avropaya qaçqın axınının daha da artdığını, bunun ciddi fəsadlarının olacağını bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90