Kahramanmaraşda baş verən güclü zəlzələlər inanılmaz görüntülərə səbəb olub.
Ulusal.az xəbər verir ki, bu barədə “TRT Haber” fotolar yayıb.
Adıyaman şəhərində lentə alınan həmin fotolarda bir binanın sanki qurğu ilə qaldırılaraq yaxınlıqda dayanmış üç avtomobilin üzərinə qoyulduğu əks olunur. Əslində isə bu, təbii fəlakət nəticəsində baş verib.


