image-rt-reklam
image-f425ac2144cc2fd6b31efc5488ed6b8fbackend

Zelenskinin SÜLH PLANI ilə bağlı SON DƏQİQƏ məlumatı

image-728x90

Bu ayın sonunda Ukraynada sülhə nail olmaq üçün avqustda Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüşə bənzər üçüncü beynəlxalq görüş keçirilməlidir.

Ulusal.az xəbər verir ki, tədbirə Türkiyə ev sahibliyi edəcək.

Görüşün gündəmində Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılmasını nəzərdə tutan 10 bəndlik sülh planı olacaq. Həmçinin Kiyevin bu ilin sonunda sülh təklifləri üzrə qlobal sammit keçirmək planları da müzakirə olunacaq.

İstanbulda keçiriləcək görüşdə məhdud sayda rəsmilərin, o cümlədən ABŞ nümayəndələrinin iştirakı gözlənilir. Eyni zamanda, onlar qeyd edirlər ki, Ağ Ev konkret kimin iştirak edəcəyini hələ müəyyənləşdirməyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90