image-2000x150
image-1backend

Zelenski istefaya göndərdiyi Zalujnıya “Ukrayna Qəhrəmanı” adını verdi

image-728x90

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya “Ukrayna Qəhrəmanı” adı verib.

Bunu təsdiq edən müvafiq fərman Ukrayna Prezidentinin internet saytında dərc olunub.

Fərmanda qeyd olunur ki, V.Zalujnı Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində əlamətdar şəxsi xidmətlərinə, Ukrayna xalqı qarşısında fədakar xidmətinə görə bu ada layiq görülüb.

Qeyd edək ki, Valeri Zalujnı ötən gün istefaya göndərilib. Ardınca Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90