“8 Noyabr – Zəfər Günü munasibəti ilə xalqımızı səmimi qəlbdən təbrik edirəm. Zəfər günü Azərbaycan xalqının qəhrəmanlığının, döyüş əzminin, qüdrətinin təntənəsinə çevrilən misilsiz qələbədir!”
Ulusal.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, bu tarix milli qürurun, şərəfin, ləyaqətin zəfər çaldığı gündür:
“Bizə bu tarixi yaşadan, bu şərəfli və müqəddəs bayramı qeyd etmək haqqı verən Uca Allaha, Müzəffər Ali Baş Komandana, Şəhid və Qazilərimizə, qəhrəman Azərbaycan Ordusuna minnətdarıq! Zəfərin mübarək, Azərbaycan!!!”