Ukrayna silahlı qüvvələri baş komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çastyakov noyabrın 6-da Kiyev yaxınlığındakı evində həlak olub.
Ulusal.az “Ukrainskaya Pravda” qəzetinə istinadən xəbər verir ki, hadisə “hərbi sursatla ehtiyatsız davranış zəminində” baş verib.
Qəzet qeyd edir ki, partlayış nəticəsində mərhumun 13 yaşlı oğlu da yaralanıb. Onun xəstəxanaya yerləşdirildiyi deyilir. Qəzetin yazdığına görə polis Çastyakovun evində daha 5 ədəd qumbara aşkar edib.
Zalujnının sözlərinə görə Çastyakov ad günündə naməlum partladıcı qurğunun işə düşməsi nəticəsində həyatını itirib. Bomba hədiyyələrdən birinin içində olub.
Valeri Zalujnı hadisə haqqında öz Telegram kanalında bunları yazıb:
“Ukrayna silahlı qüvvələrinə və şəxsən mənə çox böyük ağır itki üz verib. Tammiqyaslı müdaxilə başlayandan bəri Gennadi mənim üçün ən etibarlı çiyin idi. O, bütün həyatını Ukrayna silahlı qüvvələrinə və Rusiya təcavüzü ilə mübarizəyə həsr etmişdi”.publika.az