image-rt-reklam
image-1backend

Yunanıstan və Türkiyənin də ortaq maraqları tapıldı

image-728x90

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib ki, Avropa və Türkiyə Qəzzada müharibənin dayanmasında maraqlıdır.

Berlində analitik mərkəzdə çıxış edən Mitsotakis mövcud problemlərin həlli üçün Avropa ölkələri ilə Türkiyə arasında dialoqun gücləndirilməsinin vacibliyini vurğulayıb. Mitsotakis ikitərəfli münasibətləri və regional məsələləri müzakirə etmək üçün yaxın həftələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Yunanıstana dəvət etməyi planlaşdırdığını bildirib.

O, Berlində Konrad Adenauer Fondunun konfransındakı çıxışında deyib ki, “Prezident Ərdoğanın HƏMAS-la bağlı açıqlamaları ilə qətiyyən razı deyiləm. Eyni zamanda, bu, prezident Ərdoğanı Yunanıstanda qəbul etməmək üçün səbəb deyil”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90