Ulusal.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı artıq qərar verdiyini və bunu tezliklə açıqlayacağını açıqlayıb.
“Mən artıq bu hesablamaları aparmışam, biz bunu tezliklə açıqlayacağıq”, – deyən dövlət başçısı yenidən prezident seçilmək planları ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
“Mən sizə dedim ki, planım yenidən prezident olmaqdır” – deyə Bayden bildirib.






















