image-2000x150
image-1backend

Yassin Benzia Fransa yolunda

image-728x90

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Fransaya qayıda bilər.

Ulusal.az xəbər verir ki, Liqa 1 klubları onunla maraqlanır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

“Qarabağ”ın heyətində, xüsusən də, Avropa Liqasında parlaq oyun nümayiş etdirən Benzia Əlcəzair millisinə dönüşünü də qollarla qeyd edib. Bu isə Fransa komandalarının diqqətindən yayınmayıb. Yerli KİV-in iddiasına görə, bəzi klublar yayda onun transferi üçün “Qarabağ”la əlaqə saxlamağı planlaşdırır.

Qeyd edək ki, Lion “Olimpik”inin yetirməsi olan Yassin Benzia Fransada “Lill” və “Dijon”un da formasını geyinib. 29 yaşlı pleymeykerin “Qarabağ”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Fransanın “Tluza” klubunun Juninoya maraq göstərdiyi barədə də məlumat yayılmışdı.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90