Yaponiyanın Tottori prefekturasında “Lan” qasırğasından sonra torpaq sürüşməsi nəticəsində 1800-ə yaxın insan xarici dünya ilə əlaqəsi kəsilib. Bu barədə Ulusal.az RİA Novosti agentliyinə istinadən xəbər verir .
Sürüşmə yolları bağlayıb, nəticədə Tottori şəhərinin inzibati sərhəddində yerləşən Sadzi kəndinin xarici aləmlə əlaqəsi kəsilib.
“Lan” qasırğasının güclü yağışlar gətirdiyi ərazilərdə sürüşmə riski kəskin artıb. Hazırda tayfun Yapon dənizinə çatıb. Tayfunun mərkəzində təzyiq 990 hektopaskal, küləyin sürəti saniyədə 23 metr, küləyin sürəti saniyədə 35 metr təşkil edir.