image-2000x150
image-img-20230224-wa0022backend

Xarici jurnalistlərin baş vermiş vəhşiliklər haqqında yazdıqları

image-728x90

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindəndir. Düşmənin xain hücumu nəticəsində 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 76-sı uşaq olmaqla 487 nəfər ağır yaralandı, 1275 nəfər girov götürüldü və alçaldıcı işgəncələrə məruz qaldı. Səkkiz ailə isə tamamilə məhv edilmişdir. Həmin günlərdə Qarabağa gələn bir sıra xarici jurnalist bu qanlı hadisələrin nəticələrini gözləri ilə görüb və dünyanın aparıcı KİV-lərində Xocalı həqiqətlərini əks etdirən materiallarla çıxış ediblər.
28 fevral 1992-ci il The Washington Post qəzetində Xocalı faciəsinin acı gerçəkləri xarici jurnalistlər tərəfindən əks olunmuşdur. Tomas Qoltz bildirib ki, 6000 nəfər sakini olan Xocalıdan qaçan qaçqınlar qadın və uşaqlar da daxil olmaqla, 500-ə qədər insanın hücum zamanı öldürülmüşdür. Azərbaycan rəsmiləri Xocalıda hücum zamanı 100-ə qədər ölüm olduğunu bildirdiyi halda, Yerevan rəsmiləri isə hücum zamanı yalnız iki azərbaycanlının öldürüldüyünü söyləmişlər.
1 mart 1992-ci il The Times qəzetində Xocalı həqiqətləri əks olunub. Keçmiş Sovet İttifaqının respublikalarını bürüyən zorakılıq dünən müharibə vəziyyətində olan Dağlıq Qarabağda yüzlərlə qadın və uşağın soyuqqanlı şəkildə qətlə yetirilməsi nəticəsində yeni mərhələyə qədəm qoyulduğu qeyd edilib. Hücum edənlər qadın və uşaqları qoruyan əsgər və könüllülərin əksəriyyətini öldürdülər. Daha sonra onlar öz silahlarını qorxu içində olan qaçqınlara tərəf çevirdilər. Şəhərdən çıxan azərbaycanlılar qırğına məruz qaldılar. Qəzetdə Ağdam xəstəxanasının yaralılarla dolu olduğu yazılıb. Həkimlər 140 xəstənin güllə və ya dərin bıçaq yarası aldıqlarını bildirdilər. Cəsədlər Qarabağdakı təpələrdə qalaqlanmışdı.
2 mart 1992-ci il Anatol Liven erməni qoşunları tərəfindən qaçqınların kütləvi şəkildə qətlə yetirilməsini araşdırmaq üçün əraziyə səfər edən zaman atəşə tutulmuşdu. Açıq-aşkar görünmüşdür ki, insanlar xilas olmaq üçün qaçdıqları zaman atəşə məruz qalmışlar. Jurnalistlər bildirib ki, keçdikləri yerlər barədə çəkilən və sonra jurnalistlərə göstərilən kadrlarda təpələrə səpələnmiş onlarla cəsəd görünürdü. Xarici jurnalistlər Ağdamdakı aerodromda mülki helikopterlə gətirilən cəsədlərə nəzər salmışlar. İki nəfər yaşlı kişi və bir balaca qızın bədəni qan içində idi, ayaqları isə soyuqdan donmuş və əzabdan bükülmüşdü. Ermənilərin qəfil hücumları nəticəsində azərbaycanlılar öldürülməsi və didərgin salınması xüsusilə vurğulanıb.
Jurnalist Brian Killen The Washington Times qəzetində Azərbaycan televiziyasında Xocalı şəhərinin ərazisindən daşınan cəsədlərlə dolu yük avtomobillərini göstərildiyini qeyd etmişdir. Bu acı gerçəklər bizim qan yaddaşımızdır. Xocalının ağır həqiqətlərinin dünyaya çatdırılması üçün bütün gücümüzü səfərbər etməliyik.

Ağaquliyeva Aytac. Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90