Donetsk cəbhəsində döyüşlərin davam etdiyini ifadə edən Ukrayna prezidenti Volodimir Zelenski deyib: “Düşmən Donetsk bölgəsini ələ keçirmək fikrindən əl çəkməyib”.
Rəsmi internet səhifəsində paylaşım edən Volodimir Zelenski Rusiya qüvvələrinin cümə axşamı raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə yenidən Ukraynaya hücum etdiyini xatırladıb.
Ölkəsinin müxtəlif bölgələrinə atılan Rusiya raket və PUA-larının əksəriyyətinin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirən Zelenski deyib: “54 raket və 11 PUA məhv edilib”.
Bəzi raketlərin enerji infrastrukturlarına dəyməsi nəticəsində Ukraynanın əksər bölgələrində elektrik enerjisinin kəsildiyini bildirən Volodimir Zelenski deyib: “Bu gün axşam saatlarından etibarən Ukraynanın əksər bölgələrində elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaşanır”.
Volodimir Zelenski paylaşımında həmçinin qeyd edib ki, Rusiyanın raketləri getdikcə azalır.
Donetsk cəbhəsində döyüşlərin davam etdiyini ifadə edən Ukrayna prezidenti Volodimir Zelenski: ”Baxmut, Soledar, Donetsk bölgələrində ağır döyüşlər gedir. Düşmən Donetsk bölgəsini ələ keçirmək fikrindən əl çəkməyib”
Volodimir Zelenski Rusiya ordusunun sözügedən ərazidə irəliləməsinə imkan vermədiyi üçün Ukrayna ordusuna təşəkkür edib.






















