image-rt-reklam
image-putin-cebhede-696x464backend

Vladimir Putin müharibə zonasına səfər edib?

image-728x90

Rusiya Prezidenti Vladimir Putinin dekabrın 16-da Ukrayna ilə müharibə zonasına səfər edib.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

“Rossiyskaya qazeta” xəbər verir ki, dekabrın 16-da Rusiya prezidenti qoşunların birləşmiş qərargahında işləyib.

Dövlət Dumasının deputatı Andrey Qurulev öz Teleqram kanalında RF Silahlı Qüvvələrinin Ali Baş Komandanının xüsusi hərbi əməliyyat zonasında olduğunu yazıb.

Kremlin sözçüsü deputatın yaydığı məlumatı təsdiqləyib: “Əgər o, [Qurulev] cümə günü [Putinin] olduğu qərargahı nəzərdə tutursa, bəli”, – deyə Peskov bildirib.

Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski ön cəbhə olan Baxmuta gedərək, əsgərləri mükafatlandırıb. Bundan sonra rusiyalılar Vladimir Putinin niyə Donbasa və ümumiyyətlə cəbhə xəttinə getmədiyi barədə sual veriblər. Ardınca isə Peskovun məlum bəyanatı yayılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90