image-2000x150
image-1backend

Vəzifədə olan ədliyyə naziri mühakimə olunacaq – ŞOK

image-728x90

Fransada ədliyyə naziri Erik Dupond-Moretti Respublika Ədliyyə Məhkəməsində “maraqlar toqquşması və vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə mühakimə olunacaq.

Ulusal.az xarici mediaya istinadən xəbər verir ki, 6-17 noyabr tarixləri arasında hakim qarşısına çıxacaq Fransanın ədliyyə naziri Erik Dupond-Morettii, 5-ci Respublika tarixində vəzifə yerinə yetirərkən mühakimə olunan ilk nazir olacaq.

Respublikanın Ədalət Məhkəməsi hökumət üzvlərini vəzifələrini yerinə yetirərkən törətdikləri cinayətlərə və ya təqsirlərə görə mühakimə etmək səlahiyyətinə malik olan yeganə orqandır.

Respublika Məhkəməsi üçü peşəkar, 12-si əvəzedici və 12-si daimi üzv olmaqla, cəmi 24 deputatdan ibarətdir.

Nazirlər ümumiyyətlə vəzifələri bitdikdən sonra bu məhkəmədə mühakimə olunsalar da, Dupond-Moretti vəzifə başında olarkən ilk dəfə məhkəmə qarşısına çıxacaq.

Korrupsiyaya Qarşı Mübarizə Dərnəyi (Antikor) və üç hakim həmkarlar ittifaqı Düpond-Morettini vəkil olduğu vaxtlarda hakimləri cəzalandırmaq üçün nazir kimi imtiyazlarından istifadə etməkdə ittiham edərək Respublika Ədliyyə Məhkəməsinə şikayət verib.

Məhkəmə bu şikayəti əsaslı hesab edərək nazirə qarşı istintaqa başlamaq qərarına gəlib. Bu qərardan sonra məhkəmənin üç dindirici hakimi paytaxt Parisdə Ədliyyə Nazirliyinin binasında axtarış aparıb. Jandarmın dəstəyi ilə aparılan axtarışda nazir Dupond-Morettiyə qarşı qeyri-qanuni mənfəət şübhələrini sübut etmək üçün dəlillər axtarılıb.Manşet.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90