image-rt-reklam
image-6e949d09-eb16-425e-ba51-5a631ae17949backend

“VAQNERÇİ” RUSİYADA 6 NƏFƏRİ QƏTLƏ YETİRDİ – “Xüsusi hərbi əməliyyat qəhrəmanı” öz “istedadını” göstərib

image-728x90

Ukraynada saysız-hesabsız hərbi cinayətlər törətmiş və bundan öncə də müxtəlif cinayətlərə görə həbsxanalarda yatmış “vaqnerçilər” Rusiyaya qayıdandan sonra da “qəhrəmanlıqlarını” davam etdirirlər.

Rusiyanın Kareliya vilayətinin Derevyanoye yaşayış məntəqəsində kütləvi qətl törədilib. Belə ki, bir neçə gün əvvəl qəsəbədəki iki evdə üst-üstə 6 meyit aşkarlanıb. Bir-birindən iki yüz metr məsafədə yerləşən mənzillərin birində ata və oğulun, digərində isə üç kişi və bir qadının meyiti tapılıb.

Cinayəti törədənlər hadisədən 6 saat sonra ələ keçirilib. Onlardan biri və cinayətin əsas təşkilatçısı keçmiş “Vaqner” döyüşçüsü, “xüsusi hərbi əməliyyat qəhrəmanı”, keçmiş məhbus İqor Safonov olub. O, sözügedən qətlləri törətdikdən sonra hər iki evi yandıraraq, izləri itirməyə çalışıb. Şahidlər bundan öncə Safonovun uzun müddət qəsəbədə alkoqolizmlə məşğul olduğunu bildiriblər.

Xəbərdə qeyd olunur ki, Safonov 2022-ci ildə həbsxanadan buraxılaraq, “Vaqner”-ə cəlb olunub. Məhkumluq həyatına son verilən və müqavilə müddətini bitirib müharibədən sağ-salamat Rusiyaya qayıdan cinayətkar “qəhrəmanlığını” öz vətənində davam etdirib və bu, 6 nəfərin ölümü ilə nəticələnib.

Bundan öncə də müharibədən qayıdan “vaqnerçilər”in qətl və zorlama kimi ağır cinayətlər törətdiklərinə dair çoxsaylı faktlar var. Son olaraq “vaqnerçilər”dən biri Kirov vilayətində ona öz evini kirayə verən qadını qətlə yetirib. Göründüyü kimi, artıq müasir Rusiyanın “qəhrəmanları” məhz bu cür personajlardır…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90