“Vaqner” hərbi şirkət kimi qalmayacaq.
Ulusal.az xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutunun gündəlik hesabatına görə, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin, onun komandiri Dmitri Utkin və logistika və təhlükəsizlik şöbəsinin rəisi Valeri Çekalovun qətlə yetirilməsindən sonra qurumun kvazi müstəqil paralel hərbi qurum kimi mövcudluğu sual altındadır.
Məlumata görə, Rusiya Müdafiə Nazirliyi sözügedən hərbi şirkətin xaricdəki əməliyyatlarına nəzarət etmək üçün indiki və keçmiş “Vaqner” üzvlərini cəlb edən özəl hərbi şirkətlər yaradıb.
Rusiya mənbələri iddia edir ki, Kreml maliyyə problemləri səbəbilə Belarus hökumətinə pul ödəməkdən imtina edib və bu, Belarusdakı döyüşçülərin istefaya getməsilə nəticələnir.
Avqustun 1-i və 23-də peykdən çəkilmiş görüntülər göstərir ki, Vaqner ötən ay Belarusun Asipoviçi əyalətinin Tselje şəhərindəki düşərgəsindəki çadırların demək olar, üçdə birini söküb. Ukrayna Müqavimət Mərkəzi avqustun 23-də Belarusdakı düşərgələrdə olan naməlum sayda “Vaqner” döyüşçülərinin Rusiyaya qayıtmaq üçün hazırlıqlara başladığını da bildirib.Publika.az