image-2000x150
image-55backend

“Ürəyimin altında qəlpə var…” – Budanov 3 dəfə yaralandığını deyir

image-728x90

Ukrayna hərbi kəşfiyyatının rəhbəri, general Kirill Budanov son müsahibəsində özü ilə bağlı indiyə qədər bilinməyən bəzi məsələlərə aydınlıq gətirib.

Ukraynanın “NV” nəşrinə danışan Budanov səhhətilə bağlı suala cavab verərkən, 2014-cü ildən bu yana Donbasda gedən döyüşlərdə üç dəfə yaralandığını, bu yaralardan birinin xüsusilə ağır olduğunu bildirib.
General deyib ki, onun yaxınlığında partlayan minanın qəlpəsi hələ də ürəyinin altındadır: “Onu bədəndən çıxartmaq olmaz. Bu, təhlükəlidir. Mənim kürəyim və boğazım deşilmişdi. Cəbhə xəttindən 5 kilometr yolu öz səylərimlə, adrenalinlə çıxdım, sonra isə gücsüz yıxıldım. Yara ağırdır, amma prinsipcə yaşamaq olar”.

Xatırladaq ki, K.Budanov Rusiya kəşfiyyatının məhv etmək istədiyi az qala bir nömrəli fiqurdur. Ona qarşı 10 dəfədən artıq sui-qəsd edildiyi bildirilir. Məsələn, 2019-cu ildə onun avtomobilinin altına mina qoyulmuş, ancaq o, vaxtından əvvəl partlamışdı.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90