image-2000x150
image-3backend

Ulu Öndər: “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir.”

image-728x90

Ulu Öndər Heydər Əliyev öz millətinin üzərində əbədi bir heykəl qurmuş dövlət başçısıdır. Müstəqil Azərbaycan dövlətinin qarşısında bir mayakdır.Azərbaycan beynəlxalq aləmdə ən islahatçı ölkıə kimi tanınır. Möhkəm təməl üzərində qurulan dövlətimiz bir – birindən uğurlu əhəmiyyətli imzalar atmışdır.
Azərbaycan xalqının çoxəsirlilik dövlətçilik tarixi vardır. Lakin XIX əsrin əvvəllərində xalqımız dövlətçilikdən məhrum olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın dövlətçiliyinin parlaq nümayəndəsidir. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlili Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və digərləri o illər yaratdıqları əsərlərlə xalqımızda milli şüarın oyanmasına inkişaf etməsinə yüksək təsir etdi.
Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir. Məqsədimiz beynəlxalq mövqelərimizi möhkəmlətməkdir. Azərbaycan müstəqil dövlətdir.Heç vaxt başqa dövlətin müstəmləkəsi də olmayacaqdır. Dövlətimizi parçalmaq daxildə və xaricdə olan düşmənlərimiz arzusu olmuşdur. Azərbaycan bir müstəqil dövlət kimi öz torpaqlarının və taleyinin sahibi özü olacaqdır. Sovet imperiyasının tərkibindən yenicə qopmuş dövlətimiz, indi müstəqilliyimiz körpə uşağın addımlarına bənzəyirsə, gələcəkdə daha böyük inamla hərəkət etməlidir. (22 sentyabr 1993 H.Əliyev)
Ulu Öndər: “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir.” – demişdir. Bu müstəqilliyi biz daim qoruyub saxlayacağıq. Müstəqilliyimiz dönməzdir. Biz anlamalıyıq ki, xöşbəxt bir dönəmə gəlib çatmışıq. Bizim qarşımızda duran vəzifə isə bu müstəqilliyi qoruyub saxlamaqdır. Biz müstəqil dövləti elə yaratmışıq ki, o daim yaşasın. Milli mənafeyimizi hər şeydən üstün tutmalıyıq.
Gərək hər azərbaycanlı öz evində bayrağımızı əziz tutsun, təkcə küçələrdə, saraylarda yox. Bizim yolumuz dövlət müstəqilliyimizi göz bəbəyi kimi qorumaq və möhkəmləndirməkdir.
Ulu Öndərimiz sanki bu günlərimizi görərək deyirdi : “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır.”
“Xöşbəxtik ki, nəhayət, XX əsrin sonunda Azərbaycan öz milli azadlığının əldə edib və öz sərvətlərindən necə istifadə etməsini özü müəyyən edir.” Müstəqilliyimizi qoruyub saxlamağı əldə etməkdən qat- qat çətin olduğunu bildirdi. İndi dünyada müstəqil Azərbaycan dövləti var. Müstəqil dövlətin bayrağı daim yüksəkdə dalğalanacaq bir daha yerə enməyəcəkdir. Biz heç vaxt müstəqil siyasətimizdən geri çəkilməyəcəyik. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir.
Himnimiz dünyanın hər yerində səslənir və daim səslənəcəkdir.

Bakı şəhəri, Nəsimi rayonu, 19 nömrəli tam orta məktəbin direktoru
Nailə Cəfərova

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90