image-2000x150
image-sabah2023backend

Ulduz futbolçu “Sabah”dan ayrıldığını açıqladı

image-728x90
Seneqallı müdafiəçi Abdulaye Ba “Sabah”dan ayrılıb.

32 yaşlı futbolçunun müddəti bitən müqaviləsi yenilənməyib. Bu barədə Ba sosial şəbəkə hesabında məlumat verib. O, “Sabah”la və azarkeşlərlə vidalaşıb:

“Sabah”la müqaviləmin müddəti başa çatıb və bu komandada oynamaq çox özəl idi. Xüsusi təcrübə oldu. Evdəymişəm kimi, hər oyunda vacib olduğumu hiss etdirdiniz, azarkeşlər böyük dəstək verdi. Kluba təşəkkür edirəm, hər birinizdən öyrəndiklərim oldu. Hər zaman qəlbimdə olacaqsınız”.

Qeyd edək ki, karyerası ərzində “Porto”, “Fənərbağça”, “Rayo Valyekano” kimi klubların formasını geyinən təcrübəli futbolçu 2022-ci ilin iyulundan “Sabah”da çıxış edirdi. O, Premyer Liqada 2022/2023 mövsümündə meydana çıxdığı 22 oyunda 2 qolla yadda qalıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90