image-2000x150
image-374aab71df78dcc332136152f471e742asdss-jpg-780x450backend

Ukraynanın hücumu iki aya başlaya bilər, hazırlıq gedir

image-728x90
Baxmutda müdafiəni saxlayan Ukrayna əks hücuma hazırlaşmağa davam edir. Əks hücum iki aydan sonra başlaya bilər.
Ulusal.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “La Stampa” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna hərbçilərinə cəbhədə effektiv əməliyyatlar aparmaq üçün uzaqmənzilli raketlər və 155 mm-lik sursat ehtiyatı lazımdır.
“Rusiyalıları tükəndirib, sonra başqa yerdə cəmləşəcəyik. Bizə uzaqmənzilli raketlər lazımdır”, – o deyib.
Podolyak qeyd edib ki, Baxmut strateji əhəmiyyətli olaraq qalır. Bu, hücum əməliyyatlarına hazırlığı tamamlamağa imkan verir.
“Biz 155 mm kalibrli ağır artilleriya mərmilərinin tədarükünü artırmalıyıq. Biz tələsmirik, növbəti iki ay ərzində yenidən təşkil olunacağıq”, – Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri əlavə edib.
Xatırladaq ki, ISW analitiklərinə görə, Rusiyanın şərqdə hücumları Ukrayna Silahlı Qüvvələrinə öz əks-hücumunu həyata keçirməyə imkan verir.
Eyni zamanda, Ukrayna hərbçiləri qeyd edirlər ki, Ukrayna hücum hərəkətlərinə hazırlaşmalıdır. Xüsusilə, tərəfdaşlardan yardım və logistika gözlənilməlidir.
“The Economist” nəşri bildirir ki, Ukrayna qüvvələri artıq hazırlıqlara başlayıb. Bunu müttəfiqlər tərəfindən ötürülən texnikanın həcmi, eləcə də qoşunların xaricdə hazırlığı sübut edir.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90