Ukraynanın Qara dənizdə iki kritik hücumda istifadə etdiyi və indiyə qədər gizli saxladığı pilotsuz dəniz aparatıilk dəfə görüntülənib.
Qara dəniz və Krım yarımadasında Rusiya donanmasına hücum etmək üçün istifadə edilən aparatın görüntüləri ABŞ-ın “CNN” nəşri tərəfindən nümayiş etdirilib.
Ukraynanın istehsal etdiyi pilotsuz dəniz vasitəsinin uzaqdan idarə olunduğu, kəşfiyyat və müşahidə missiyaları ilə yanaşı hücumlar üçün də istifadə olunduğu bildirilir.
Məlumata görə, 5 metr uzunluğunda olan pilotsuz dəniz vasitəsinin çəkisi təxminən 1000 kiloqramdır və 300 kiloqrama qədər partlayıcı maddə daşıya bilir. Hücum gəmisinin saatda 50 km sürətlə hərəkət etdiyi vurğulanır.























