Ukrayna ordusunun əks-hücumları 3 istiqamətdə uğurlu olub.
Ulusal.az xəbər verir ki, iyulun 19-da Ukrayna qoşunları cəbhənin ən azı üç sektorunda əks-hücum əməliyyatları həyata keçirib və bu ərazilərdə uğur qazanıb. Bu barədə Müharibə Araşdırmaları İnstitutunun(ISW) gündəlik hesabatında deyilir.
“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, qoşunlar Baxmut şəhərinin şimalında və cənubunda hücum əməliyyatlarını davam etdirib və rus ordusunu Orexovo-Vasilivkanın şimal-şərqindəki (Baxmutdan 11 km şimal-qərb) mövqelərdən geri çəkilməyə məcbur edib. Həmçinin, Ukrayna qoşunları Berdyansk (Zaporojye və Donetsk vilayətlərinin sərhəd bölgəsi) və Melitopol (Zaporojye vilayətinin qərb hissəsi) istiqamətlərində hücum əməliyyatlarını davam etdirir.
“Ukrayna qoşunlarının Tauride qruplaşmasının sözçüsü mayor Valeriy Şerşen bildirib ki, Ukrayna qoşunları Melitopol istiqamətində naməlum istiqamətdə bir kilometrdən çox irəliləyib”, – ISW məlumat yayıb.publika






















