“Əgər Qərbin maliyyələşməsi bu və ya digər formada daxil olmazsa, bu, Ukrayna üçün fəlakət olacaq”.
Ulusal.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.
Son zamanlar cəbhədə hərbi vəziyyətlə bağlı Kiyevdə əhval-ruhiyyə xeyli pisləşib. Nəşrin Mərkəzi və Şərqi Avropa üzrə müxbiri özünün Kiyevə son səfərindən sonra bu nəticəyə gəlib.
“Müharibənin ilk günlərindən ilk dəfə olaraq üfüqdə xüsusi bir nikbinlik yoxdur, – o, qeyd edib. Bu ovqat sentyabrda başlanıb, o zamandan əhval-ruhiyyə daha da bədbinləşib. İnsanlar indiyədək olduğu kimi müharibədə qələbə qazanılmasına daha inanmır.
Bəziləri bu nəticəyə gəlir ki, daha inadkarlıqla döyüşmək lazım gələcək, bəziləri isə sakitcə sual edir ki, bu müharibəyə son qoymağın hər-hansı üsulunu düşünmək zamanı gəlibmi?”.
İddia edilir ki, belə bədbinliyin əsas səbəbi Uktayna Silahlı Qüvvələrinin əkshücumunun pozulması hissidir. Əksəriyyət analitiklər Ukrayna qüvvələrinin yeni silaha yaxşı uyğunlaşmasını desələr də, ABŞ hesab edir ki, Ukrayna qoşunları xeyli dağınıq haldadır.
Nəşrin yazdığına görə, bir çox analitiklərin fikrincə, hazırda cəbhə xətti o qədər möhkəmlənib ki, bu və ya digər tərəfin onu yarıb keçəcəyini təsəvvür etmək çətindir.
“Tərəflərdən hər-hansı birinin yaxın zamanlarda xeyli tərəqqi əldə edəcəyinin əlamətləri azdır. Rusiya inanılmaz müdafiə istehkamları inşa edib, bu da Ukraynanın irəliyə getməsini praktiki olaraq mümkünsüz edir. Lakin istehkamlar həm də rusiyalıları dayandırır, çünki yerləşdirdikləri böyük mina sahələrini keçməlidir”, – müxbir qeyd edib.
Həmçinin qeyd edilir ki, bu arada Rusiya dronlardan istifadə edilməsini xeyli fəallaşdırıb, bu da Ukrayna qoşunlarının irəliləməsini ləngidir.
Bundan başqa, məqalədə deyilir ki, Putin heç bir siyasi bədəl ödəmədən, sonsuz sayda çağırışçıları ölümə göndərməyə hazırdır, Ukrayna üçün isə həlak olan, yaralanan və tükənən hərbçilərini ön cəbhəyə göndərmək getdikcə çətinləşir.
Qəzetin müxbiri diqqəti ABŞ-ın hərbi yardım məsələsinin həll edilmədiyinə çəkib. Onun sözlərinə görə, əgər maliyyyələşmə bu və ya digər formada daxil olmazsa, “bu, Ukrayna üçün fəlakət olacaq”: “Ukraynalılar artıq onlara lazım olanların qıtlığı ilə üzləşir”.
“Belə o qədər də çox olmayan uğursuzluqlara rəğmən, Şon deyir ki, “bir çox insanlar arasında belə qeyri-adi hissiyat var ki, hətta onlar əldən düşüblərsə belə, bu, onların müvarizəsidir və onlar mübarizəni davam etdirməlidir”. Lakin ABŞ-ın dəstək verəcəyinə əminlik olmasa, təkcə qətiyyət kifayət etməyəcək”, – qəzet yazır.
Bu zaman nəşr qeyd edir ki, hazırda hətta sülh axtarışı barədə düşünənlər belə Putinin dayanacağına inanmır.
“İnsanların əksəriyyəti anlayır ki, Putinin imzalayacağı istənilən sülh saziişi Qərb tərəfdən təhlükəsizlik zəmanətləri olmadan böyük əhəmiyyət kəsb etməyəcək. Ümidsizliyin mənbəyi də məhz bundadır, nə necə irəliyə getmək, nə də necə dayanmaq aydın deyil”, – Uoker deyib.
Rusiya cəbhədə görünməz “qalxan” düzənləyib
Xəbər verildiyi kimi, Rusiya qoşunları, demək olar ki, bütün cəbhə xətti boyunca sanki “qalxan” kimi elektromaqnit impulsların gözəgörünməz divarını yaradıb.
Söhbət Rusiyanın radioelektron mübarizəsindən gedir, USQ tərəfindən buraxılan raketlər, mərmilər və dronlar bunun “qurbanlarına” çevrilir.
“Bu, Rusiyanın müharibədə texnoloji üstünlüyünün həlledici nümunəsidir və tədricən Moskvanın xeyrinə yönəlir.
Döyüş meydanı üzərində ötürülən radio, infraqırmızı və radiolokasya siqnallar şəbəkəsi Rusiya qüvvələrinin bəzi rayonlarda misli görünməmiş müdafiəsini təmin edir”, – KİV-lər iddia edir.






















