image-2000x150
image-1backend

Ukraynada iki komandan istefaya göndərildi – Birinin Xersonun azad edilməsində xüsusi xidmətləri olub

image-728x90

Ukraynada iki ordu komandanı istefaya göndərilib.

Ulusal.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, söhbət general-mayor Andrey Kovalçuk və general-mayor Sergey Litvinovdan gedir.

Xəbərdə qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələrində kadr dəyişiklikləri davam edir. “RBC-Ukraina” Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinadla qeyd edir ki, Ukrayna ordusunun Cənub qoşunlarının komandanı olan general-mayor Andrey Kovalçuk və Qərb qoşunlarının komandanı general-mayor Sergey Litvinovun işdən çıxarılması səbəbləri məlum deyil.

Həmçinin, onların xələflərinin kim olacağı da bildirilmir. Məlumdur ki, general-mayor Andrey Kovalçuk 2021-ci ildən Cənub əməliyyat komandanlığına rəhbərlik edir. O, Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin sağ sahil hissəsinin və Xersonun azad edilməsi üzrə uğurlu əməliyyat keçirməsilə tanınır. Bundan əvvəl o, Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qüvvələri komandanının birinci müavini olub (2016-2021).

Sergey Litvinov 2021-ci ilin avqustunda Qərb Əməliyyat Komandanlığının komandanı təyin olunub.

Xatırladaq ki, fevralın 8-də Prezident Volodimir Zelenski Valeri Zalujnını Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsindən azad edərək, onun yerinə əvvəllər Quru Qoşunlarına rəhbərlik etmiş Aleksandr Sırskini təyin edib. Bundan sonra Ukrayna Silahlı Qüvvələrində bir sıra istefalar və yeni təyinatlar baş verib.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90