image-2000x150
image-1backend

Ukraynada hərbi səfərbərlik şərtlərini sərtləşdirən qanun qəbul edilib

image-728x90

Ukrayna parlamenti ölkədə hərbi səfərbərlik şərtlərini sərtləşdirən qanun qəbul edib.

Trend-in məlumatına görə, Ukrayna Ali Radasında səfərbərlik, hərbi qeydiyyat və hərbi xidmətlə bağlı bəzi məsələlərin təkmilləşdirilməsi haqqında qanun layihəsi səsə qoyulub.

Qanun layihəsi 351 deputatdan 283-nün səsi ilə qəbul edilib.

Parlamentin qəbul etdiyi yeni qanuna əsasən, səfərbərlik zamanı yaşı 18-dən 60-a qədər olan kişilər hər zaman özləri ilə hərbi qeydiyyat şəhadətnaməsi daşımalı olacaqlar. Həmçinin xaricdə olan və hərbi qeydiyyat sənədi olmayanlar yeni pasport ala bilməyəcəklər.

Qanun dərc edildikdən sonra hərbi xidmət keçməli olan bütün şəxslər 60 gün ərzində yaşayış ünvanlarını, əlaqə məlumatlarını və hərbi itkilər barədə məlumatları yeniləməli olacaqlar. Yaşı 18-60 arasında olan hərbi xidmətə məsul olan şəxslər Ukraynanın xarici diplomatik qurumlarında yalnız hərbi uçot məlumatlarını yenilədikdə konsulluq xidmətindən yararlana biləcəklər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90