Ukraynanın əsasən Krım tatarlarından ibarət “ATEŞ” partizan hərəkatının üzvləri Rusiyanın paytaxt Moskvadan cəmi 30 km məsafədə yerləşən Balaşixa şəhərindəki Dzerjinski diviziyasına nüfuz edə biliblər. Gizli əməkdaşlar faydalı məlumatlar əldə ediblər.
Moderator.az bu haqda “UNİAN”-a istinadla xəbər verir.
“Biz artıq Rusiyanın “xüsusi hərbi əməliyyat”ında iştirak edən şəxsi heyətin siyahısını əldə etmişik. Onların adları, əlaqələri və şəxsi məlumatları aidiyyəti orqanlara ötürülüb”, – “ATEŞ” təşkilatının telegram-kanalındakı mesajında belə deyilir.
Qeyd olunur ki, zabitlər arasından olan agent adı çəkilən Rusiya diviziyasına yerləşib və hazırda diviziya strukturunun özündə daha yaxşı işləmək üçün agent şəbəkəsinin genişləndirilməsi və gücləndirilməsi işləri aparılır…






















