image-rt-reklam
image-1696315462_photo_5251509281243646745_ybackend

Ukrayna ordusu Rusiyanın “İsgəndər-K” raketini MƏHV ETDİ

image-728x90

Ukrayna ordusu son sutkada Rusiyanın bir “İsgəndər-K” raketini və İran istehsalı olan 29 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Ulusal.az  xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Mənbə yazır ki, oktyabrın 2-dən 3-ə keçən gecə Rusiya 31 “Shahed”lə Ukrayna ərazisinə hücum edib. Onlardan 29-u sıradan çıxarılıb.

Bundan başqa, raket qəlpələrinin Dnepr şəhərində xüsusi müəssisəyə düşməsi nəticəsində yanğın olub. Pavloqradda isə bir sıra istehsal müəssisələrinin binaları dağılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90