image-2000x150
image-b4255857503884c6004ea1f915df8067backend

Ukrayna ordusu Rusiyanın 30-dan çox dronunu vurub

image-728x90

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, son sutka ərzində Rusiya ordusu Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətlərinə 20 raket zərbəsi endirib.

APA xəbər verir ki, Baş Qərargahı səhər məlumatında Rusiya Silahlı Qüvvələrinin qanadlı raketlər, “İsgəndər-M” ballistik raketləri və S-300 zenit raketlərindən istifadə etdiyi bildirilir. Bundan əlavə, Rusiya ordusu Ukraynaya qarşı 48 “Şahed” kamikadze PUA-sı tətbiq edib.

Mayın 22-də Ukrayna hərbi aviasiyası düşmənin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 8, eləcə də zenit-raket komplekslərinə 2 zərbə endirib.

“Müdafiəçilərimiz son sutka ərzində 4 ədəd X-101/X-555 qanadlı raketini, bir Mi-24 hücum helikopterini, 23 “Şahed” dronu və 9 kəşfiyyat PUA-sını məhv ediblər”, – deyə məlumatda bildirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90