image-rt-reklam
image-2backend

Ukrayna ordusu irəliləyir: Bu kəndlər azad edildi

image-728x90

Ukrayna ordusu Zaporojye vilayətində bir istiqamətdə irəliləyib.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“İyunun 4-də Ukrayna qüvvələri Donetsk vilayətinin qərbində və Zaporojye vilayətinin şərq hissəsində lokal hücumlar həyata keçirərək məhdud taktiki uğur əldə ediblər, – məlumatda qeyd olunub.

İnstitut analitikləri rusiyalı hərbi jurnalistlərə istinadla bildiriblər ki, Ukrayna ordusunun mexanikləşdirilmiş qüvvələri Rivnopoldan şimal-şərqə doğru kiçik irəliləyiş əldə ediblər:

“Rus hərbi blogerlər Ukrayna ordusunun Novodarovka və Neskuçnoqo yaşayış məntəqələrini azad etdiyini elan ediblər. Hətta Rusiya ordusunun Novodarovkadan cənub-qərbdə yerləşən Levanddakı mövqelərini itirdiyi bildirilir. O da qeyd olunur ki, ukraynalı hərbçilər rusların birinci müdafiə xəttini yarıb və bu rayonda 500 metr-3 kilometr irəliləyiblər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90