Ukrayna ordusu dekabrın 31-i axşamdan yanvarın 1-i bazar günü səhər saatlarınadək Rusiyanın İran istehsalı olan 45 dronunu məhv etdiyini açıqlayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, İran istehsalı olan bu dronların bəziləri gecə yarısına qədər, 35-i isə səhər saatlarında muəyyən olunaraq məhv edilib.
Amerikanın “Hill” xəbər ajansının məlumatına əsasən, Ukrayna Müdafiə Nazirliyi dekabrın 9-da bildirmişdi ki, Kiyevi hədəfə almaq üçün göndərilən İran istehsalı olan 13 ədəd“Şahid 131” və “Şahid 136” kamikadze dronlarını vurub.
Dronlar Azov dənizində Ukraynanın şərq sahillərindən havaya qalxıb və ukraynalılar onları radarla izləyə biliblər.






















