image-2000x150
image-b0050086-88f1-4de5-af96-202b2b3af09bbackend

“Ukrayna mütləq F-16-ları alacaq” – Kulebadan vacib açıqlama

image-728x90

“Müasir qırıcılar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu sürətləndirə bilər. Ona görə də Ukrayna mütləq Qərbdən F-16 qırıcılarını alacaq. Bu, Ukraynanın əks-hücumunun nəticələrindən və ABŞ-ın qərarından asılı olacaq”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yerli kanallardan birində çıxış edərkən deyib.

Kuleba bildirib ki, hazırda sözügedən təyyarələr ilə bağlı ən qısa zamanda qərar qəbul etmək üçün mümkün olan hər şeyi edirlər.

“İndi 3 prioritet var – artilleriya mərmiləri, zirehli texnikalar və F-16-lar. Bunlar hər gün üzərində işlədiyimiz çox vacib məsələlərdir. Əgər bizdə artıq F-16-lar olsaydı, əks-hücum əməliyyatlarımız daha sürətli olardı. Həmçinin raket hücumları nəticəsində daha az hərbçi və mülki vətəndaşımızı itirərdik. Ancaq təəssüf ki, bu gün F-16-larla bağlı heç bir qərar yoxdur”, – deyə Kuleba qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90