image-2000x150
image-ukrayna-1backend

Ukrayna müharibəsi: Rusiyanın enerji strategiyası niyə işləmir?

image-728x90

Rusiyanın son bir ayda Ukraynanın enerji infrastrukturunu hədəf alması Kremlin ilk böyük və koordinasiya edilmiş hücum dalğasıdır.

Lakin bundan əvvəl Ukraynanın işğalının bir ilini qeyd etmək məqsədi ilə başladılan hücum strategiyası da qoyulan hədəflərə çatmaqda uğursuz oldu.

Bununla belə Moskvanın infrastruktur hədəflərə yönəlik hücumlarında nizamsızlığın artması da diqqət çəkən məqamdır.

Qərb rəsmiləri hesab edir ki, Rusiyanın özünü bu cür aparması onun hərbi arsenalında dəqiq silahların, xüsusilə raket qıtlığının olduğunu göstərir. Kremlin həyata keçirdiyi hücumların effektiv olması üçün belə silah-sursata ehtiyacı vardı.

Ukrayna ordusu da ərazisinə atılan raket və pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirməkdə kifayət qədər uğurlu olub.

İlkin məlumatlar onu göstərir ki, istifadə edilən silahların böyük əksəriyyəti, o cümlədən raketlərin 70 faizi, dronların isə yarısı havada vurulub.

Ukrayna ordusunun yüksək çinli zabiti Valerii Zaluzhnyi bildirib ki, “görülən əks tədbirlər” nəticəsində əlavə 8 raket zərərsizləşdirilib.

Rusiya, Ukrayna, müharibə, münaqişə

Lakin Kh-22 tipli uzaq mənzilli gəmi-əleyhinə raketlər olduqca uzaq yüksəklikdən sürətlə hədəfə yaxınlaşdığı üçün onları vurmaq çox çətindir.

Eyni fikirlər S-300 döyüş təyyarələri əleyhinə istifadə olunan raketlərə də aiddir. Bu raketlər yerüstü hədəfləri vurmaq üçün nəzərdə tutulmasa da, son altı ay ərzində S-300-lərdən bu təyinat üzrə də istifadə olunub.

Hərbi analitiklər Rusiyanın infrastruktur tikililəri hədəf almaqda israr edəcəyini dəqiq proqnozlaşdıra bilməsələr də, onlar bu strategiyanın hələlik işləmədiyini deyirlər.

Son altı ay ərzində Ukraynanın enerji bloklarının ciddi şəkildə zərər gördüyünə baxmayaraq, ölkə diz üstə çökdürülə bilməyib və ukraynalıların çoxu artıq elektirk enerjisinin tez-tez kəsilməsinə, narahatlığa və mümkün təhlükələrə vərdiş ediblər.

Bununla belə Ukraynanın mühəndisləri çox sayda transformatrların sıradan çıxmasına baxmayaraq, ölkə boyu enerji axınının təmin edilməsində uğurlu olublar.

Paytaxt Kiyevdə və digər şəhərlərdə küçələr yenidən işıqlanıb və bu, gecə vaxtı piyada yollarında irəliləyən ukraynalıları telefonların işıqlarından istifadə etməkdən azad edib.

Lakin vəziyyət qeyri-müəyyən olaraq qalır və rəsmilər bilirlər ki, Rusiya daha çox zərər vurmağa qadirdir. Onları düşündürən sual isə bu cür addımların nə vaxta kimi davam edəcəyidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90