image-2000x150
image-1backend

Ukrayna hökuməti Lvova köçür – Asia Times

image-728x90

Ukrayna hökuməti yəqin ki, yaxın vaxtlarda Lvova köçəcək. Ulusal.az xəbər verir ki, bu barədə Asia Times yazır. “Artıq Ukrayna hökumətinin qərbə, Polşa sərhədindən çox da uzaq olmayan Lvova köçmək niyyətində olduğuna dair əlamətlər var. Polşa tərəfi artıq əmin edib ki, Lvovun mühafizəsini təmin etmək üçün lazım gələrsə, özünün zenit müdafiə sistemlərindən istifadə oluna bilər. Ukrayna tərəfi Polşa ordusunun silahlarından və hətta NATO-nun digər vasitələri ilə gücləndirilmiş canlı qüvvədən istifadə etməklə rusların ölkənin qərb bölgəsinə mümkün irəliləyişini əngəlləmək niyyətindədir. “London artıq ictimai rəyi formalaşdırmağa başlayıb və yaxın vaxtlarda Ukraynaya kömək üçün öz xüsusi bölmələrini göndərmək niyyətində olduğunu bəyan edir”.

Məqalədə qeyd edilir ki, NATO Ukrayna ərazisinə daxil ola və Kiyev rejiminə yalnız Polşa sərhədindən keçərək kömək edə bilər. Məqalədə vurğulanır ki, Lvov Rusiya raketlərinin çata biləcəyi yerdən çox uzaqdır və təbii ki, Ukraynanın qanuni və ya faktiki dağılması baş verməsə, onu vurmaq çətin olacaq. Belə olan halda Ukraynanın qərb hissəsi nisbi müstəqilliyini saxlayacaq, qalanları isə Rusiyanın hakimiyyəti altına keçə bilər. Bütün bunlar ona görə edilir ki, ABŞ prezidenti vaxt udsun. Lakin perspektiv nöqteyi-nəzərdən bu, çox təhlükəlidir, çünki ya Avropanın bir hissəsi, Polşa-Baltikyanı ölkələr münaqişəyə cəlb olunacaq, ya da Bayden öz problemlərini həll edə bilməsə, dövlət üçün strateji fəlakət olacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90