Ukrayna əsgərlərinin ruslara qarşı döyüşünü əks etdirən video yayılıb.
Publika.azxəbər verir ki, Ukrayna əsgərlərinin Rusiya Silahlı Qüvvələri ilə mübarizəsini əks etdirən görüntülər yayımlanıb. Görüntülərdən bu cür anlaşılır ki, 3 ukraynalı hərbçi zirehli texnikada işğalçılarla qızğın döyüşə atılıb.
Videonun sonunda məlum olur ki, ruslar zirehli texnikanı məhv edirlər. Lakin Ukrayna əsgərləri xilas olmağı bacarırlar.