image-2000x150
image-0a76f839a9af7f2168d9ddbe5bda791dbackend

Ukrayna əks-hücumlarda F-16-dan istifadə edə bilməyəcək

image-728x90

F-16 qırıcıları Ukraynanın əks-hücumunda istifadə edilməyəcək və söhbət Kiyevə uzunmüddətli dəstəkdən gedir.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə diqqətə çatdırıb.

“F-16-lara gəlincə, söhbət Ukraynaya uzunmüddətli dəstəkdən gedir, onlar əks-hücum üçün nəzərdə tutulmayıb”, – o söyləyib.

Rayder qeyd edib ki, F-16-nın Kiyevə təhvil verilməsinin təfərrüatlarını, o cümlədən müddət, pilotların hazırlanacağı bazalar, təhvil verilən təyyarələrin sayı, eləcə də təchizatçı ölkələr məsələlərini ABŞ hələ də müttəfiqləri ilə müzakirə edir.

“F-16-lar Ukrayna üzrə bu həftə keçiriləcək təmas qrupunun iclasında da müzakirə olunacaq”, – Rayder vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90