image-rt-reklam
image-7777backend

UEFA Mahirin qolunu əlindən aldı

image-728x90

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Astana” (Qazaxıstan) – “Dinamo” (Xorvatiya) cavab oyununda (0:2) vurulan ilk qolun müəllifini dəyişib.

Əvvəlcə Zaqreb təmsilçisinin ilk qolunun müəllifi kimi zərbəni vuran Azərbaycan millisinin hücumçusu Mahir Emreli qeyd olunub. Lakin epizodu nəzərdən keçirən UEFA onu “Astana”nın müdafiəçisi Aleksandr Maroçkinin adına avtoqol kimi yazıb.

Qeyd edək ki, ilk matçda da 4:0 hesabı ilə qalib gələn “Dinamo” növbəti mərhələyə yüksəlib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90