“TV1” kanalında daha bir önəmli layihəyə start verilir.
Ulusal.az xəbər verir ki, Azərbaycanın turizm sektoruna həsr olunmuş peşəkar televiziya proqramı efirdə yayıma başlayacaq.
Proqramın aparıcısı, Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyevin təqdimatında turizm sahəsindəki aktual mövzular ətrafında müzakirə aparılıb. Turizm strategiyasında əldə edilən nailiyyətlər, kadr çatışmazlığı və təlim ehtiyacları, həmçinin Azərbaycanın təbiət və mədəniyyət zənginliyi ilə bağlı turizm imkanları istiqamətlərindəki yeniliklərə diqqət yetirilib.
Verilişdə iştirak edən qonaqlar “Smart Hotels Group” şirkətinin və “Skal Baku” klubunun rəhbəri Ceyhun Aşurov və “Turan Qastro Turizm” Akademiyasının direktoru Doğan Tomris həyata keçirdikləri uğurlu fəaliyyətləri ilə bağlı məlumat veriblər.
Ruslan Quliyev layihənin aparıcısı kimi “TV1” kanalının rəhbərliyinə turizm sahəsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Veriliş hər həftə maraqlı mövzu və qonaqlarla efirdə olacaq. Turizm və qonaqpərvərlik sahəsinə dair ən real müzakirələr, ilhamverici hekayələr və peşəkar baxış bu proqramda sizi gözləyir.
16 may saat 15:00-da KATV1 şəbəkəsində “TV1” kanalında və YouTube kanalımızda izləyə bilərsiniz!
Azərbaycan turizminə yeni nəfəs gətirəcək bu yenilikçi layihəni izləməyi unutmayın!