image-rt-reklam
image-1backend

Türkiyənin turistik bölgəsində qiymətlər kəskin ucuzlaşdı: Turizm mövsümü noyabra qədər uzadıldı

image-728x90

Manavqat Side Turistik Otelçilər Birliyi (MASTOB) sədri Zafer Süral, yay turizm mövsümünün gedişatı ilə bağlı verdiyi açıqlamada bölgədəki otellərin doluluq səviyyəsinin gözləntilərə cavab verdiyini, inflyasiyanın azalması ilə qiymətlərin daha əlçatan olduğunu bildirib. Ulusal.az Türkiyə mediasına istinadən xəbər verir ki, artan turist axını səbəbilə mövsüm noyabr ayına qədər uzadılıb, əlavə aviareyslər təşkil olunub.

Süral jurnalistlərə açıqlamasında bildirib ki, ilin əvvəlində turizm sektoru müəyyən qeyri-müəyyənliklərlə üzləşsə də, iyul ayından etibarən vəziyyət sabitləşib və mövsüm pozitiv axarla davam edir.

“Otellərdə hədəf qoyduğumuz doluluq səviyyəsinə çatmışıq. İnflyasiyanın enməsi turistlər üçün daha uyğun qiymətlər təqdim etməyimizə imkan yaradıb. Bu il üçün nəzərdə tutulan 65 milyard dollar gəlir və 65 milyon turist hədəfinə çatacağımıza inanırıq,” – deyə Süral vurğulayıb.

MASTOB sədri bildirib ki, tur operatorları mövsümün noyabra qədər uzadılmasına müsbət yanaşıb və bu çərçivədə artıq əlavə uçuşlar həyata keçirilməyə başlanılıb. Bu qərarın bölgəyə daha çox turist axınına şərait yaradacağı gözlənilir.

Side Antik şəhərinin işıqlandırılması və gecə muzeyçiliyi üçün istifadəyə verilməsi təşəbbüsünü də yüksək qiymətləndirən Süral, bunun bölgənin tarix və mədəni zənginliklərinin tanıdılmasında və turizmin 12 aya yayılmasında mühüm rol oynayacağını qeyd edib.

Yeni turizm bazarları ilə bağlı da məlumat verən Zafer Süral qeyd edib ki, Böyük Britaniya vətəndaşlarının Side-Manavqat bölgəsinə marağı nəzərəçarpacaq dərəcədə artıb. Həmçinin Polşa, Litva, Latviya və digər Şərqi Avropa ölkələrindən gələn turistlərin sayında da ciddi yüksəliş müşahidə olunur.

Süral daxili turizm bazarındakı aktivliyə də toxunaraq bildirib ki, hazırda xərclərin 30–35%-i əməkhaqqı və personal xərclərindən ibarətdir. Minimum əməkhaqqı və dövlət maaş artımları daxili bazar qiymətlərinə təsir etsə də, hazırda valyuta məzənnəsi ilə inflyasiya paralel şəkildə irəlilədiyi üçün, daxili bazara yönəlmiş əlavə qiymət artımı gözlənilmir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90