Türkiyə lazım gələrsə, Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə hazırdır.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
O qeyd edib ki, bu komplekslər alındıqdan sonra sadəcə boş qalmayacaqlar, lazım gələrsə istifadə olunacaqlar.
Türkiyə Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərinin dörd diviziyasını 2,5 milyard dollara alıb. 2019-cu ilin oktyabrında bu komplekslərin tədarükü üzrə müqavilənin başa çatdığı elan edilib.
O zaman Türkiyənin S-400 imkanlarına bənzər hava hücumundan müdafiə sistemləri yox idi.
Ötən ilin avqustunda Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev Türkiyəyə ikinci S-400 alayının tədarükü ilə bağlı müqavilənin imzalandığını və sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokallaşdırılmasını nəzərdə tutduğunu bildirib.
“S-400” “Triumf” Rusiyanın uzaq və orta mənzilli zenit-raket kompleksidir. 28 aprel 2007-ci ildə istifadəyə verilib.