Türkiyə Liviyanın şimal-qərbindəki Homs limanını 99 il müddətinə icarəyə götürüb və burada hərbi baza yerləşdirəcək.
Ulusal.az xəbər verir ki, bu barədə TGRT telekanalı məlumat yayıb.
Kanal mənbələri iddia edir ki, belə bir addım Şərqi Aralıq dənizində Türkiyənin suverenliyini gücləndirəcək, Türkiyə ərazi suları üzərində nəzarəti gücləndirəcək və ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcək.
Mövcud məlumata görə, bu bölgədə yaradılacaq hərbi bazada Türkiyənin döyüş pilotsuz təyyarələri və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır.
2019-cu ilin noyabrında Liviya Milli Birlik Hökuməti və Türkiyə hakimiyyəti iki ölkə arasında dəniz zonalarının delimitasiyasına dair anlaşma memorandumu imzalayıb. Keçən il oktyabrın 3-də Liviya Türkiyə ilə neft-qaz sektorunda iki yeni anlaşma memorandumu bağlayıb, sənədlərdən biri digər məsələlərlə yanaşı, birgə geoloji kəşfiyyata aiddir.