image-rt-reklam
image-1backend

Türkiyədən ABŞ-a “Suriya” təklifi: Ankara görün hansı şərtləri irəli sürdü

image-728x90

Türkiyə ABŞ qüvvələrinin Suriyadan çıxarılması və terror təşkilatı PKK/YPG-yə dəstək verməməsi müqabilində İŞİD-lə mübarizə vəzifəsini üzərinə götürə biləcəyini bəyan edib.

Ulusal.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Türkiyənin terroru mənbəyində məhv etmək siyasəti ilə həyata keçirdiyi sərhədyanı əməliyyatlar PKK-nın fəaliyyət imkanlarını məhdudlaşdırıb. Bölgədəki digər təhlükə isə zaman-zaman PKK/YPG ilə əməkdaşlıq edən İŞİD-dir. Türkiyə 2016-cı ildə başlatdığı “Fərat Qalxanı” əməliyyatı ilə İŞİD-ə böyük zərbə vurub və bununla da terror təşkilatı PKK/YPG/PYD-nin Suriyanın şimalında dəhliz yaratmaq istəyinin qarşısını alıb.

Bölgədə fəal olan ölkələrdən biri də ABŞ-dır. Terror qruplarını “qidalandıran”, təhrik edən, onlardan öz təsir dairəsini genişləndirmək üçün istifadə edən NATO müttəfiqi olmasına baxmayaraq Türkiyəyə qarşı fəaliyyətlərini heç vaxt dayandırmayıb.

Bu çərçivədə Türkiyə həm cəbhədə, həm də diplomatiya sahəsində sərhədlərinin təhlükəsizliyi istiqamətində addımlar atmağa davam edir. Belə ki, Türkiyə ABŞ-ı Suriyadan əsgərlərini çəkməyə və PKK/YPG-yə dəstək verməməyə çağırıb və bunun müqabilində Suriyada İŞİD-lə mübarizə vəzifəsini üzərinə götürə biləcəyini bildirib.

Türkiyə həmçinin Suriyanın şimal-şərqindəki on minlərlə İŞİD məhbusu və onların ailələri üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bəyan edib. ABŞ-ın bu təklifə necə cavab verəcəyi isə maraq doğurur.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90