Türkiyədə qış mövsümü başlaması ilə ölkənin daxili, şimal və şərq bölgələri bu soyuq aylarda gözəl fürsətlər təklif edir. Qarlı dağlarda Türkiyənin qış turizmi imkanlarını təmsil edən xizək mərkəzləri də onlar arasındadır. Ən müasir mexaniki qurğulara təchiz edilmiş bu xizək kurortları, həmçinin ən yaxşı türk şərabları və yeməkləri ilə seçilir. Elə isə Türkiyənin ən yaxşı xizək destinasiyalarından bəzilərinə nəzər salaq.
Erciyes: Türkiyənin mərkəzində, dünyaca məşhur Kapadokyadan qısa bir məsafədə, İç Anadolu Bölgəsinin ən yüksək zirvəsi olan Erciyes dağının (3,916 m) zirvəsində yerləşən Kayseridə Erciyes Kayak Mərkəzi fəaliyyət göstərir. Xizək mərkəzi beynəlxalq standartlara uyğun ən müasir texnologiya ilə təchiz edilmiş, saatda təxminən 26750 nəfəri daşımaq qabiliyyətinə malik olması ilə diqqət çəkir. Xizəkçilər telesiyejlərdən və kanat avtomobillərindən endemik bitki örtüyündən və Erciyes dağının inanılmaz mənzərələrsindən zövq ala bilərlər.
Bunları mütləq sınayın: Kayseri ləzzətli pastırması (pastrami) və mantı ilə yanaşı, həmçinin regional Karaman “Divlə obruku”, Orta Anadoluda yetiştirilən yerli üzüm olan Əmirdən hazırlanmış türk şərabları ilə və “Niğde mavi” pendirləri ilə də məhşurdur.
Palandöken: Zirvədə qış ləzzəti
İlin altı ayı xizək sürmək üçün uyğun olan Palandöken xizək mərkəzi Türkiyənin şərqindəki Erzurum vilayətində, Palandöken dağının ətəyində Başköy dağ kəndində, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir. 2011 Dünya Universitet Qış Oyunlarına və 2017 Avropa Gənclər Olimpiya Qış Festivalına ev sahibliyi edən Palandöken dağı gecə xizək sürmək üçün işıqlandırılmış Türkiyənin ən uzun yamacına sahibdir. Mərkəz New York Times tərəfindən 41 xizək kurortu arasında ilk 20-də yer alıb. Asan xizək sürməyə imkan verən toz qarı ilə seçilən 22 yamac, pistlərə xidmət edən beş lift və gondollar var. Palandöken snoubord və slalom idman növləri üçün idealdır.
Bunları mütləq sınayın: Dünyanın ən hündür şəlalələrindən biri olan Tortum şəlaləsini ziyarət edin. Tortum gölü, Nermanın Pəri bacaları və İspir Yedigöller Erzurumun digər gözəllikləridir… Və mütləq Erzurum ləzzətlərindən közdə şişdə qızardılmış ədviyyatlı ətdən hazırlanan Çağ kababını dadın.
Sarıqamış: Türkiyənin ən şərq zirvəsi
Türkiyənin məşhur Şərq Ekspresi qatarının Erzurumdan sonra sonuncu stansiyası olan Kars, ölkənin ən maraqlı qış istiqamətlərindən biridir. Şəhərə yaxın Çamurlu dağında 2100-2634 metr hündürlükdə yerləşən Sarıqamış xizək kurortu dünyaca məşhur Alp dağları ilə eyni qar keyfiyyətinə malikdir. Mərkəzin iki mexaniki pisti var: birincisi saatda 1800 nəfərin daşıma qabiliyyətinə malikdir və uzunluğu 1435 metrdir, ikincisi isə saatda 800 nəfərin daşıma qabiliyyətinə malikdir və uzunluğu 2250 metrdir. Kurort sarı şam ağaclarının gözəl mənzərəsi olan yeddi xizək enişini təklif edir.
Bunları mütləq sınayın: UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Ani şəhərini və Çıldır gölünü gəzin. Ləzzətli Kars üslubunda bişmiş qazları, Kars kaşarı və gruyere kimi bölgə pendirlərini və yerli Öküzgözü və Boğazkere üzümlərindən hazırlanmış ənənəvi şərabları sınayın.
Uludağ: Bursanın Ağ Zirvəsi
Bursansanın cənub-qərbində yerləşən Uludağ Kayak Mərkəzi İstanbula yaxınlığına görə Türkiyənin ən məşhur kurortları arasındadır. Qərbi Anadolunun ən yüksək dağı olan Uludağın ətəyindəki xizək sahəsi 1750-2543 metrdir. Səkkiz kreslo, yeddi T-bar və 13 müxtəlif enişli xizək mərkəzi xizək avadanlıqlarının icarəsini və peşəkar təlimatçılardan dərslər təklif edir. Bundan əlavə, Uludağ Kayak Mərkəzində heli-xizək, snoubord, buz konkisi və qar velosipedi üçün treklər də var.
Bunları mütləq sınayın: Bursa yaxınlıqda, kanat yolu ilə asanlıqla ziyarət edilə bilən bölgədir. Başda Koza Han və Ulu Məscidi olmaqla Bursansanın mehmanxana bölgəsindəki monumental binalara ziyarətini də xizək tətilinizə əlavə edə bilərsiniz. Bursa həm də İsgəndər kababı ilə məşhurdur. Dilimlənməmişdən əvvəl qrildə bişirilən və isti, doğranmış pide çörəyinin üzərində, pomidor sousu və xüsusi kərə yağı ilə süfrəyə verilən İsgəndər kababını dadmaq üçün doğru yerdə olacaqsınız.