image-2000x150
image-erdoganbackend

Türkiyədə seçkilər: Ərdoğan liderdir

image-728x90

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 15,52 faizinin sayılmasından sonra hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 56,67 faiz səslə liderdir.

Ulusal.az xəbər verir ki, ikinci yerdə 37,40 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,33 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində, ilkin nəticələrə görə, “Cümhur İttifaqı” 67,02 faiz, “Millət İttifaqı” 22,07 faiz, “Əmək və Azadlıq İttifaqı” 6,76 faiz, “Ata İttifaqı” 0,75 faiz səs toplayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90