image-rt-reklam
image-1backend

Türkiyədə bu il neçə zəlzələ baş verib? – Rəqəmlər şok etdi

image-728x90

Türkiyədə cari ilin ilk yarısında 17 min 343 zəlzələ baş verib.

Ulusal.az xəbər verir ki, bu barədə Qazi Universitetinin təbii fəlakətlərin idarəolunması üzrə mütəxəssisi, Dos. Dr. Bülent Özmen məlumat verib.

O, statistik göstəriciləri açıqlayıb:

“2024-cü ilin ilk 6 ayında (1 yanvar – 30 iyun) 94-ü 4,0-4,9; 5-i isə 5,0-5,9 bal gücündə olmaqla ümumilikdə 17 min 343 zəlzələ qeydə alınıb. Bu zəlzələlərin 3 409-u yanvar, 3 207-si fevral, 3 017-si mart, 2 697-si aprel, 2 730-u may, 2 283-ü isə iyunda baş verib.

Bu məlumatlara görə, ən çox zəlzələ yanvar və fevral aylarında müşahidə olunub”.

Bülent Özmen qeyd edib ki, ölkədə gündə orta hesabla 95 zəlzələ olub: “Bu zəlzələlər nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb”.

O, ilin ilk 6 ayında baş verən ən böyük zəlzələdən də danışıb:

“Aprelin 18-də Sulusaray-Tokatda baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 5 nəfər yaralanıb, 20 ev və 2 minarə dağılıb, 283 binaya ziyan dəyib”.

Mütəxəssisin sözlərinə görə, ən çox zəlzələ (3 078) Malatyada meydana gəlib: “Bu vilayəti 2 599 zəlzələ ilə Kahramanmaraş, 1 153 zəlzələ ilə Muğla, 1000 zəlzələ ilə İzmir, 814 zəlzələ ilə Adıyaman və 645 zəlzələ ilə Çanaqqala izləyib”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90