Türkiyənin Adıyaman şəhərinin Kahta rayonunda Atatürk səddi süni gölünün sahilində aparılan arxeoloji tədqiqatlar nəticəsində 3 min il əvvələ aid yaşayış yeri müəyyən edilib.
Ulusal.az xəbər verir ki, Adıyaman Muzey Müdirliyi qrupları, Belören kəndinin çöl sahəsindəki bənd gölməçəsinin sahilindəki tarixi əraziləri müəyyən etmək üçün fəaliyyvtlərə başlayıb.
Bölgəyə gedən qruplar quruda və sahillərdə araşdırma apararaq 3000 il əvvələ aid 10 yaşayış məntəqəsini müəyyən ediblər.
Adıyaman muzeyinin direktoru Mehmet Alkan “Biz burada qaya məskənlərindən ibarət 10 yaşayış yeri müəyyən etdik. Tapılan saxsı qablar həmin dövrdə yaşayan insanların olduğunu göstərir. Eyni zamanda çöl tədqiqatları zamanı kanal şəkilli boşluqlar və otaq tipli yaşayış yerləri aşkarlandı” deyib.