image-2000x150
image-turk_ordusubackend

Türkiyə xüsusi xidmət orqanları PKK terrorçusunu məhv etdi

image-728x90

Türkiyə xüsusi xidmət orqanları İraqın şimalında qırmızı dərəcə üzrə beynəlxalq axtarışda olan xüsusilə təhlükəli PKK terrorçusu “Zerdeşt Karadeniy” kod adı ilə Eyvaz Bəyazı məhv edib.

Bu barədə təhlükəsiz qüvvələri mənbələrindən bildiriblər.

E.Beyaz 1994-cü ildə terrorçuların sıralarına qoşulub. O, 2010-cu ildə Sinopun Gerze, 2011-ci ildə Sinopun Boyabat və 2012-ci ildə Trabzonun Düzköy rayonunda Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumların icraçısı olub.

E.Bəyaz qırmızı dərəcə üzrə beynəlxalq axtarışa verilmişdi, həmçinin Türkiyə Daxili İşlər Nazirliyinin xüsusi təhlükəli terrorçuların “boz” siyahısına salınmışdı.

O, Türkiyə Milli Kəşfiyyat İdarəsinin İraqın şimalındakı Duhok-Qara bölgəsində keçirdiyi xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90