image-rt-reklam
image-1backend

Türkiyə və Yunanıstan bu məsələdə razılığa gəldilər – Kipr qəzəbləndi

image-728x90

Türkiyə və Yunanıstan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) yeni müstəvidə addım atıb.

Ulusal.az xəbər verir ki, Yunanıstan mətbuatının yazdığına görə, xarici işlər nazirləri Hakan Fidan və Yorqo Yerapetritisin imzaları olan məktub ATƏT-in Avstriyanın paytaxtı Vyanadakı mənzil-qərargahına çatıb. Məktubda Türkiyə və Yunanıstanın ATƏT-də iki son dərəcə mühüm post üçün ortaq namizədləri dəstəklədiyi yazılıb.

İki ölkə Türkiyənin BMT-dəki keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlunun ATƏT-in baş katibi, yunan diplomatı Mania Telalianın isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru vəzifəsinə namizədliyini irəli sürüb.

57 üzvdən ibarət ATƏT-in baş katibi postuna səfir Feridun Sinirlioğludan başqa daha 5 namizəd var.

Türkiyə və Yunanıstanın ATƏT-ə müştərək namizədləri dəstəkləmək qərarına Kipr Respublikası sərt reaksiya verib. “Adada türklərin işğalı 50 ildir davam edərkən, bu ortaq qərar Kipri ​narahat etdi. Sinirlioğlunu dəstəkləməyimizdən söhbət gedə bilməz”, – “Fileleftheros” qəzeti yazıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90