Türkiyə və Azərbaycan arasında döyüş təyyarələrinin birgə istehsalı ilə bağlı təklif gündəmə gətirilib.
Ulusal.az xəbər verir ki, belə bir təklifi Türkiyə Müdafiə Sənayesi İdarəsinin başçısı İsmail Demir “Müdafiə sənayesi – 2023-cü ilin hədəfləri” adlı tədbirdə səsləndirib.
O, Azərbaycanı bu məsələdə ortaq olmağa dəvət edib.
Həmçinin Pakistan, İndoneziya və Malayziya ilə də belə bir ortaqlığın bütün tərəflər üçün faydalı olacağı vurğulanıb.