image-rt-reklam
image-1backend

Türkiyə ordusunun  hərbçisi şəhid oldu

image-728x90

İraqın şimalındakı ”Pəncə-Kilid” əməliyyatı bölgəsində bir Türkiyə hərbçisi şəhid olub.
Ulusal.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib.
Bəyanatda bu ifadələrə yer verilib: “2024-cü ili yanvarın 11-də ”Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin sızma cəhdi nəticəsində çavuş Səməd Aslan şəhid olub, bir qəhrəman silahdaşımız yaralanıb. Yaralanan silahdaşımız dərhal xəstəxanaya çatdırılaraq müalicəsinə başlanılıb. Bizi kədərləndirən bu hadisə nəticəsində şhəyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və xalqımıza başsağlığı, yaralanan hərbçimizə isə şəfa diləyirik” .
Qeyd edək ki, bölgədə əməliyyatların davam etdiyi bildirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90